Beynəlxalq
Avrasiya Mətbuat Fondunun baş ofisində keçirilən tədbirdə ziyalılar, QHT rəhbərləri
iştirak ediblər. Layihə Müvəkkil Hüquq Mərkəzinin Azərbaycan Respublikası Qeyri
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirlib. Layihə barəsində ilk olaraq Müvəkkil Hüquq Mərkəzinin
Sosial Psixoloji Dəstək Departamentinin rəhbəri, psixoloq Vüsalə Vəkiloğlu ümumi
məlumat verib. Daha sonra o, layihənin icrası ilə bağlı təşkilatın sədri, layihə
rəhbəri, hüquqşünas Səməd Vəkilovdan bu bardədə dolğun məlumat verməsini xahiş
edib. Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində
Tovuz, Şirvan, Siyəzən, Şabran rayonlarında şəhid ailələri və müharibə
iştirakçıları ilə görüşlər keçirilib və bu qrupdan olan şəxslərə hüquqi
yardımlar edilib. Eyni zamanda şəhid adlarının əbədiləşdirilməsi, müharibə
iştirakçılarının şəxslərin hüquqları ilə bağlı SƏS.TV -də 4 veriliş hazırlanıb.
O, cümlədən şəhid ailələri və qazilərin hüquqlarının təsbit edidiyi bukletlər
hazırlanaraq tədbirdən faydalanan şəxslərə təqdim olunub. Daha sonra
Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi,
ehtiyatda olan polkovnik leytenant, Qarabağ müharibəsi iştirakçısı Mürsəl
Qurbanov tədbir iştirakçılarına Qarabağ müharibəsi zamanı təhsil işçilərinin
müharibədə iştirakı ilə bağlı məlumat verib. “Qarbağ müharibəsində
ümumilikdə 600 nəfərdən artıq müəllim iştirak edib və onlardan 17 nəfəri şəhid
olub. Təkcə bu ay 22 nəfər müharibə iştirakçısı orta ümumitəhsil məktəblərində
hərbi rəhbər vəzifələrinə qəbul edilib. Ümumilikdə Bakı şəhərindəki orta məktəblərdə
200 nəfərdən artıq müharibə iştirakçısı hərbi rəhbər vəzifədə çalışır. Bu şəxslər
daim bizim diqqət mərkəzimizdədir. Bu yaxınlarda Təhsil idarəsi tərəfindən
“Qazi müəllimlər” adlı kitab da nəşr edilib”. Tədbirdə çıxış edən
Respublika Veteranlar Təşkilatının əməkdaşı Rasim Mirzəyev layihənin əhəmiyyətini
və aktuallığını qeyd edərək onun uğurlu şəkildə həyata keçirilməsinə görə öz
minnətdarlığını bildirib. O, həmçinin şəhid ailələrinin, qazilərin,
veteranların il boyu təmənnasız xidmət göstərən Müvəkkil Hüquq Mərkəzinin çəkinmədən
üz tuta biləcəyi ünvan olduğunu qeyd edib. R.Mirzəyev həmçinin layihə ilə bağlı
aidiyyəti qurumlarla yaradılmış sıx əməkdaşlıq və informasiya mübadiləsinin də
yüksək səviyyədə təşkil olunmasına diqqət çəkib. Yüksək vətənpərvərlik ruhunun
gənc nəslə ötürülməsi üçün belə layihələrin davamlı və ardıcıl şəkildə
aparılmasını dəstəkləyən Müvəkkil Hüquq Mərkəzinin hər zaman vətənpərvər
insanlara diqqət göstərməsini alqışlayaraq gələcək işlərdə də qarşılıqlı əməkdaşlığın
təqdirəlayiq olduğunu bir daha qeyd edib. Tədbirdə Beynəlxalq
Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Azərbaycan
Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu cür
layihələri maliyələşdirməsini təqdirəlayiq hal hesab etdiyini, Müvəkkil Hüquq Mərkəzinin
həsas sosial təbqədən olan bu cür insanlara daimi qayğı göstərməsini
alqışladığını vurğulayıb. Tədbirdə “Hərbi Mövzular üzrə
İxtisaslaşmış Jurnalistlər” təşkilatının rəhbəri, Azərbaycan Dövlət
Telviziyasının əməkdaşı Tamxil Ziyəddinoğlu da çıxış
edib. “Şəhid ailələri və qazilərlə bağlı bu cür layihələrin həyata
keçirilməsi dövlətin sosial təbəqəyə olan qayğısının təzahürüdür”.
Azərbaycan Dövlət Telviziyasının əməkdaşı, tarix elmləri
üzrə fəlsəfə doktoru Mahir Qəribov isə qeyd edib ki, bu cür layihələri
icra etməklə şəhid ailələri və müharibə iştirakçılarına dəstək olmaq hər bir azərbaycanlının
vətəndaşlıq borcudur. M.Qəribovun eyni sinifdə təhsil alan 3 şəhidin tale
yolundan bəhs edən “Üç dost, üç tale” adlı sənədli filimin çəklişi haqqında səsləndirdiyi
fikirlər tədbir iştirakçılarının marağına səbəb olub. Qazi adının Azərbaycan
dilinin leksikonunda müxtəlif mənaları ifadə etməsi ilə bağlı fikir mübadiləsinə
münasibət bildirən Qarabağ Qaziləri İctimai Birliyinin əməkdaşı, Qarabağ
qazisi Rey Kərimoğlu Qazi sözünün eyni adlı təşkilatın adı ilə dövriyyə
daxil olduğunu və bu anlayışın daha dolğun şəkildə qanunda təsbit olunmasını zəruri
hesab etdiyini bildirdi. Qazi sözünün etmologiyası ilə bağlı
polemikaya qoşulan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, müharibə
iştirakçısı Mobil Vəkiloğlu sözün Azərbaycan Cümhuriyyəti dönəmində
bir çox müraciətlərdə öz əksini tapdığını söyləyib. Təhsilin İnkişafına
Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı şəhid ailələrinə
qarşı məmurları diqqətli olmağa çağırıb. Aprel döyüşlərinin
iştirakçısı Zaman Hüseynovun dayısı, şair folklor araşdırmaçısı İlham Qəhrəman
tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib. Tədbirdə Cəmiyyət
və Medianın İnkişafı İctimai Birliyinin həmtəsisçisi, tanınmış jurnalist Nicat
Sadxlı, hüquqşünas Adil Gözəlov, Uşaqların Gələcəyi Naminə təşkilatın sədri,
hüquqşünas Könül Quliyeva, Vikipediya hərakatının aparıcı siması Elnur Eltürk,
şəhid ailəsi Fərizə Hacıyeva (şəhid Famil Hacıyevin qardaşı qızı), Nilufər Həsənli,
Səlim Qədirov, Ayşən Hüseynzadə, Bakir Babayev, şair Elşad Bayramov, Azər
Xudiyev, Hacı Möhübbət Dərələyəzli, "Bəhram Nəsibov Yaradıcılığının Təbliği"
İctimai Birliyinin sədri Adil Nəsibov, hazırda Hollandiyada yaşayan Zeynəb
Dilbazi, Müvəkkil Hüquq Mərkəzinin İnformasiya Texnologiyaları üzrə Departament
rəhbəri tanınmış fotoqraf Rahim Qədimovda iştirak ediblər.