Şuşa +10 °C  
“Şuşanın 270 anı” filminin nümayişi

“Şuşanın 270 anı” filminin nümayişi

22 noyabr 2022-ci il tarixdə  Bakı şəhəri M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə teleaparıcı Lalə Azərtaşın təqdimatında “Şuşanın 270 anı” adlı bədii-sənədli filminin nümayişi  olub. Təqdimatda şəhid Ələddin Seyidovun atası Azər Səidov, qazilər, layihə rəhbəri Lalə Azərtaş, filmin quruluşçu rejissoru (valideynimiz )Rauf Ocaqverdiyev Xəzər TV-nin əməkdaşı Kərəm Ələsgərov, Azərbaycan müəllimi qəzetinin müxbiri Tünzalə xanım və digər qonaqlar iştirak ediblər.  İlk olaraq tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva qonaqları və tədbir iştirakçılarını salamlayıb,  qonaqları təqdim edib. 44 günlük Zəfərin tarixindən danışan məktəbin direktoru  şagirdlərin vətənpərvər ruhda böyümələri üçün mütəmadi olaraq belə tədbirlərin təşkil olunduğunu bildirib. Sonra söz ilk olaraq layihə rəhbəri Lalə Azərtaşa verilib.  Lalə xanım filmin qısa gedişatı barədə tədbir iştirakçılarına məlumat verib, daha sonra film nümayiş olunub.  Filmin nümayişindən sonra 193 nömrəli tam orta məktəbin  məzunu şəhid Ələddin Səidovun atası Azər Səidov şagirdlərə vətəni qorumağı, bu vətənin hər bir qarış torpağına sadiq olmağı tövsiyə edib. Tədbir sözügedən məktəbin şagirdi Aylin İsazədənin ifasında vətənpərvər musiqi nömrəsi ilə başa çatıb. Film tədbir iştirakçılarının böyük marağına səbəb olub.