Şuşa +9 °C  
“Şuşanın 270 anı” daha bir məktəbdə nümayiş olundu

“Şuşanın 270 anı” daha bir məktəbdə nümayiş olundu

Noyabrın 23 – də Binəqədi Rayonu 283 nömrəli tam orta məktəbdə “Şuşanın 270 anı” bədii – sənədli filmin təqdimatı keçirilib.  Tədbirdə şəhid ailə üzvləri, Layihə rəhbəri, Xəzər televiziyasının teleaparıcısı Lalə Azərtaş, filmin redaktorları Kərəm Ələsgərov, Aytən Əhmədova, pedaqoji kollektiv, valideynlər və şagirdlər iştirak ediblər.Öncə iştirakçılar məktəbin həyətində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   “Şuşanın 270 anı” bədii – sənədli filminin nümayişi böyük alqışlarla qarşılanıb. Layihə rəhbəri Lalə Azərtaşın film haqqında verdiyi məlumatlar tədbir iştirakçılarının marağına səbəb olub.   Şagirdlər vətənpərvərlik mövzusunda hazırladıqları şeirləri, ifa etdikləri musiqiləri tədbir iştitarçılarına təqdim ediblər. Məktəbin IXa sinif şagirdi İbrahim Alməmmədli “Dəmir Yumruq” şeirini xüsusi qürur hissi ilə söyləyib.  Tədbir məktəbin xor qrupunun və Xa sinif şagirdi Əli Eyvazovun ifasında məharətlə səsləndirdikləri “Azərbaycan” mahnısı ilə yekunlaşıb.