Şuşa +14 °C  
83 nömrəli məktəbdə "Şuşanın 270 anı"

83 nömrəli məktəbdə "Şuşanın 270 anı"

83 nömrəli məktəb-liseydə "Cəmiyətin və medianın inkişafı" ictimai birliyinin rəhbəri , aparıcı Lalə Azərtaşın təqdimatında "Şuşanın 270 anı" adlı bədii-sənədli filmin nümayişi keçirilib. Tədbirdə məktəb-liseyin şəhid məzunlarının valideynləri Mətanət Nəcəfova, Təranə İsmayılova , məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.   

Tədbirdə ilk olaraq  Azərbaycan Respublikasının Dövlət Himni səslənib və şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla  yad edilib.  

Daha sonra məktəb -liseyin direktoru Almaz Bayramova  çıxış edərək qonaqları təqdim edib, yetişməkdə olan gənc nəslin təlim tərbiyəsində belə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. "Cəmiyətin və medianın inkişafı" ictimai birliyinin rəhbəri Lalə Azərtaş filmin ərsəyə gəlməsi haqqında geniş məlumat verib.

Sonra filmin təqdimatı baş tutub və auditoriyanın geniş marağına səbəb olub. Məktəbin tarix müəllimi Afaq Vəliyeva   film haqqında öz təəssüratlarını bölüşdükdən sonra  tarix müəllimi Natavan Mustafayevanın və məzun Altay Əlinin  Şuşadan birgə hazırladıqları təqdimat  nümayiş etdirilib.  

Sonda 10-cu sinif şagirdi Hüseyn Hüseynov vətənpərvərlik ruhunda mahnı  ifa edib.  Zalda iştirak edən şagirdlər üç rəngli bayrağımızı dalğalandıraraq "Qarabağ Azərbaycandır" şüarını səsləndiriblər.