Şuşa +11 °C  
"Şuşanın 270 anı"

"Şuşanın 270 anı"

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” filminin  Xalid Quliyev adina 62 nömrəli məktəb - liseydə təqdimatı keçirilib. Tədbir iştirakçılarını məktəbin  Gənc şahinləri hərbi   marşla salamlayıb, sonra  meydana Azərbaycanın üçrəngli  bayrağı və "Dəmir Yumruq" gətirilib. Daha sonra  Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.  I və II Qarabağ müharibəsində  torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı bildirib ki,  belə tədbirlərin orta məktəblərdə təşkili vətənpərvərlik baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri , Xəzər Tv – nin aparıcısı  Lalə Azərtaş film barədə məlumat verib.  Vurğulanıb ki, ekran əsəri təxminən 50 nəfərlik yaradıcı heyətin səyi nəticəsində ərsəyə gəlib. Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra Heydərova canlandırıb. Tədbirdə məktəbin məzunları , II Qarabağ  müharibəsi şəhidləri olan Samir Xəlilli  və Elsevər Əhədzadənin valideynləri və qazi Rafiq Rəhimli də iştirak ediblər. Onlar çıxış edərək  bu cür  vətənpərvərlik  mövzusunda tədbirlərin tez-tez keçirilməsini tövsiyyə ediblər. Tədbir müəllim,valideyn və şagirdlər tərəfindən maraqla izlənilib.