Şuşa +7 °C  
“Şuşanın 270 anı” Neft və Sənaye Universitetində

“Şuşanın 270 anı” Neft və Sənaye Universitetində

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin (İB) “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.

İB-nin sədri teleaparıcı Lalə Azərtaş Vətən müharibəsində ADNSU-nun da şəhid məzunlarının olduğunu qeyd edib və ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıb. 

Şuşanın 270 illiyinə həsr olunan filmin ərsəyə gəlməsindən söz açan L.Azərtaş filmin nümayişinə dəstək verdiyi üçün universitetin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Rektor Mustafa Babanlı universitetdə “Şuşa İli” çərçivəsində müxtəlif mövzularda tədbirlərin təşkil olunduğunu deyib.

Sonra film izlənilib.