Prezident
İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda
qeyd edilir ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət
Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan
edilmişdir.
Memarlıq
və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan
xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın
təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni
rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha
da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Sərəncama
əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata
keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşılıb.
Dumanlı Şuşa