Şuşa +18 °C  
“Şuşanın 270 anı ” adlı qısametrajlı filmin təqdimatı keçirilib

“Şuşanın 270 anı ” adlı qısametrajlı filmin təqdimatı keçirilib

Bakı şəhəri, Nizami rayonu 229 saylı orta məktəbdə “Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin (İB) “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub. Təqdimatdan öncə qonaqlar məktəbin foyesində şagirdlərin Şuşa haqqında hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçiriblər, bir neçə şagirdin ifasında vətənpərvərlik ruhunda şeirlər dinləyiblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Vüsalə Məmmədova 229 saylı məktəbin adını daşıdığı Milli Qəhrəman, birinci Qarabağ müharibəsi şəhidi Yuri Kovalyov haqqında məlumat verib. O qeyd edib ki, 44 günlük vətən müharibəsi Azərbaycanın 30 illik Qarabağ həsrətinə son qoydu. Şəhidlərimizin qanının yerdə qalmadığını deyən məktəbin direktoru bu gün yetişən nəslin üzərində böyük öhdəliyin, vətəni laiqincə qorumaq vəzifəsinin  olduğunu diqqətə çatdırdı.

Daha sonra “Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş çıxış edərək film haqqında məlumat verib. Filmin təqdimatından sonra qonaqlar çıxış edərək bildiriblər ki, gənc nəslin vətənpərvər ruhda böyümələri üçün bu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.