"Vətən
Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sifarişi əsasında ərsəyə
gəlmiş "Başladıq" filminin təqdimatı Gəncliyə Yardım Fondunun H. Z.
Tağıyev adına konfrans zalında baş tutub.
Film təqdim
olunmazdan öncə Azərbaycan Respublikasının dövlət himni oxunub, sonra Vətənin
bütövlüyü uğrunda canlarından keçmis şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Ardınca film nümayiş etdirilib.
Sonra
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, filmin
ideya müəllifi Emin Tarverdiyev bildirib ki, 44 günlük Vətən müharibəsində
qələbənin qazanılmasında arxa cəbhənin rolu danılmazdır. Ona görə də bu filmi
arxa cəbhədə əziyyət çəkənlərə - öz komandamıza həsr etdik.
Filmin ssenari
müəllifi Elmar Hüseynov qeyd edib ki, qısa müddət ərzində ərsəyə gətirdiyimiz
bu film, bizim film sahəsində ilk təcrübəmizdir. Ona görə də inanırıq ki, real
hadisələrlə dolu ekran əsəri Siz tamaşaçıların da ürəyincə oldu".
Tədbir
iştirakçılarından "Hədəf" Şirkətlər qrupunun rəhbəri Şəmil Sadiq,
"Behrud İnşaat"ın rəhbəri İlham Behrudi, jurnalist Cavid İsmayıl,
şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova çıxışlarında Vətəni təmənnasız
sevənləri bu filmdə gördüklərini qeyd etdilər.
Sonda şəhid ailələri, qazilərə və "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinə dəstəyə görə təşəkkür plaketləri təqdim olunub. Emin Tarverdiyev bildirib ki, "Ətramızdakı şəhid ailələri ilə söhbətdən məlum oldu ki, "Veysəloğlu" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovun qərarı ilə şirkətdə çalışmış və şəhid olmuş əməkdaşların maaşları bu gün də ailələrinə ödənilir. Həmçinin bu gün Azərbaycanda ən çox qaziləri işlə təmin edənlərdən biri də "Veysəloğlu" Şirkətlər Qrupudur. Bu səbəbdən alınan qərara görə Aydın Talıbova şəhid və qazilərə göstərdiyi dəstəyə görə, həmçinin "Oba Market" MMC rəhbəri Natəvan İbrahimovaya şəhid adlarını əbədiləşdirmək üçün MMC-nin şöbələrinə şəhid adları verilmə lahiyəsinə görə, "Gomas Group" və Gəncliyə Yardım Fondunun rəhbərliyinə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə verdikləri dəstəyə görə təşəkkür plaketləri təqdim olunub.