Şuşa +9 °C  
"Şuşanın 270 anı" 279 saylı məktəbdə nümayiş olundu

"Şuşanın 270 anı" 279 saylı məktəbdə nümayiş olundu

Bakının 279 saylı orta məktəbində  "Şuşanın 270 anı" adlı ilin yekun tədbiri keçirilib. Tədbirdə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış teleaparıcı Lalə Azərtaş, Yeni Azərbaycan Partiyasının Suraxanı rayonunun sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, YAP Suraxanı rayonu təşkilatının sədr müavini Salman Əbdülov, 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə xanım, Xəzər Televiziyasında "Təsir dairəsi" verilişinin və  “Şuşanın 270 anı" bədii-sənədli filminin redaktoru, jurnalist Kərəm Ələsgərov, gənc şairə, bədii qiraətçi Səma Zamiqqızı, şəhid ailələrinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

 

Tədbirin bədii hissəsində 10-11-ci sinif şagirdlərinin təqdimatında "Bayraq" kompozisiyası,  8-9-cu sinif şagirdlərinin təqdimatında "Bayraq" rəqsi, Məktəbli Himni,  "Biz qalib gəldik!" mahnısı, "Bizim böyük qələbəmiz!" kompozisiyası təqdim edilib.


Tədbirdə çıxış edən  məktəbin direktoru Südabə Abdullayeva çıxış edərək 44 günlük tarixi qələbədən, Zəfər simvolumuz olan Xarıbülbüldən danışıb.  Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində hazırlanan “Şuşanın 270 anı" bədii-sənədli filmi  nümayiş olunub.  Tədbirdən sonra qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub.