Şuşa +13 °C  
“Aksiyamız tələblərimiz yerinə yetirilənədək davam edəcək” - Lalə Azərtaş

“Aksiyamız tələblərimiz yerinə yetirilənədək davam edəcək” - Lalə Azərtaş

Təbii sərvətlərimizin talanmasına etiraz etmək, bu terrora son demək bizim haqqımızdır. Aksiyamız tələblərimiz yerinə yetirilənədək davam edəcək.

Bu fikirləri  “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, tanınmış aparıcı Lalə Azərtaş söyləyib. 

Lalə Azərtaş bildirib ki, Azərbaycan həm yeraltı, həm də yerüstü sərvətlərlə olduqca zəngin ölkədir. Biz isə öz sərvətlərimizə sahib çıxmağı bacarırıq, birlikdə olmağımızı göstəririk. Həmçinin sülhməramlıların gözü önündə məramımızın sülh olduğunu bir növ sərgiləmiş oluruq.