Şuşa +16 °C  
Şuşa ilə bağlı maraqlı fakt

Şuşa ilə bağlı maraqlı fakt

Məşhur rus batal rəssamı və ölkə xaricində də məşhur olan ilk rus rəssamlarından biri Vasili VasiliyeviçVereşagin (d. 26.10.1842 - ö. 13.04.1904) 1865-ci ildə Şuşada da olmuş və Şuşada həm məhəllələrin, eyni zamanda da aşura mərasimini əks etdirən bir neçə rəsmlərini çəkmişdir. Rəsmlər fotoşəkil dəqiqliyi çəkilmişdir. Aşağıdakı rəsmdə (Şəkil A) Şuşanın hansı məhəlləsinin əks olunduğu müəmmalı idi. Sonradan iki fotoşəkli (Şəkil B bə C) nəzərdən keçirərkən məlum oldu ki, bu Saatlı məhəlləsinin görüntüsüdür. C şəklində 6 rəqəmi ilə işarələnən tikili indiki Saatlı məscidinin yerində olub. Bu bina Vereşaginin rəsmində də görünür. Çox güman Molla Pənah Vaqif 1759-cu ildə bu binada mədrəsə açıb dərs deyibmiş. Sonradan, yəni 1885-ci ildə bu bina sökülüb yerində günümüzə gəlib çatmış Saatlı məscidi inşa edilib. Vereşaginin rəsmi və iki fotoşəkildə əks olunan ikimərtəbəli bina isə 2 saylı rus məktəbinin yerində olub. Çox güman karvansara məqsədi ilə tikilibmiş. Həmin bina hər üç şəkildə görünür. 1-2-3-4-5 nömrələri ilə qeyd olunan hissələr, yəni pəncərələrin sayı, ornamentlər, giriş qapısı, künc daşların düzülüşü, damın altındakı tirlər dəqiq uyğun gəlir. "A" rəsmi 1885-ci ilin may ayında Vereşagin tərəfindən çəkilib, "C" foroşəkli təqribən 1880-ci il, "B" şəkli isə XX əsrin əvvəllərini əhatə edir.


Mənbə: "Şuşaya pəncərə" Facebook səhfəsi