Şuşa +5 °C  
"ŞUŞANIN 270 ANI" 10 nömrəli məktəbdə təqdim olundu

"ŞUŞANIN 270 ANI" 10 nömrəli məktəbdə təqdim olundu

 10 nömrəli tam orta məktəbdə "Şuşanın 270 anı" qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib.  Filmin layihə rəhbəri jurnalist Lalə Azərtaşın iştirakı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.   Təqdimat mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Lalə Azərtaş çıxış edərək, iştirakçılara filmin tarixçəsi və ərsəyə gəlməsi səbəbləri haqqında məlumat verib, çəkiliş zamanı yaşadığı duyğuları müəllim və şagirdlərlə bölüşüb.
    Sonra "Şuşanın 270 anı"na səyahət edilib. Film tədbir iştirakçılarında böyük maraq oyadıb.    Məktəbin direktoru Şəfayət Orucova öz çıxışında 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən söz açıb, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə təşkil olunan bu cür tədbirlərin xüsusi əhəmiyyətini vurğulayıb. 

  Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli film “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.