Şuşa +7 °C  
Şuşanın Strateji İnkişaf planı qəbul edildi

Şuşanın Strateji İnkişaf planı qəbul edildi

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şurasının növbəti, ikinci iclası keçirilib. İclasda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Tural Novruzov tərəfindən əsas hədəfləri özündə əks edən və icrası 2026-cı ilə qədər nəzərdə tutulan Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin  Strateji İnkişaf planı Müşahidə Şurası üzvlərinə təqdim edilib və ümumi rəy nəticəsində qəbul olunub. Şuşa şəhəri Dövlət Qoruğu idarəsinin İctimaiyyətlə əlaqələr və İnformasiya təminatı şöbəsindən verilən məlumata görə  müşahidə Şurasının iclasında bir sıra təşkilati məsələlər də  müzakirə olunub və Şuşa Dövlət Qoruğu İdarəsinə yeni daxili auditor təyin edilib.