Şuşa +18 °C  
"Şuşanın 270 anı" 21 saylı məktəbdə nümayiş olundu

"Şuşanın 270 anı" 21 saylı məktəbdə nümayiş olundu

Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Vətənpərvərlik -özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil, gələcək üçün yaratmaqdır. Bakının Yasamal rayonu 21 saylı orta məktəbdə "Şuşa ili"nə həsr olunan  "Əziz Şuşa, Sən azadsan!" adlı tədbir və Lalə Azərtaşın müəllifi olduğu "Şuşanın 270 anı" adlı sənədli-bədii filmin təqdimatı keçirilib.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Yasamal Təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, media nümayəndələri, məktəb direktorları, müəllim və valideynlər iştirak edib.

Dövlət Himn ilə başlayan tədbirdə vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən  oğul və qızların  ruhu birdəqiqəlik sükutla anılıb. İki hissədən ibarət olan tədbirin birinci hissəsində şagirdlərin ifasında "Əziz Şuşa, Sən azadsan!" adlı bədii kompozisiyası nümayiş etdirilib.

Tədbirin ikinci hissəsində Lalə Azərtaşın müəllifi olduğu "Şuşanın 270 anı" sənədli-bədii filmin nümayişi keçirilib.