Şuşa +11 °C  
DAHA BİR MƏKTƏBDƏ ŞUŞANIN 270 ANI" FİLMİ TƏQDİM EDİLDİ

DAHA BİR MƏKTƏBDƏ ŞUŞANIN 270 ANI" FİLMİ TƏQDİM EDİLDİ

209 nömrəli tam orta məktəbdə "Şuşanın 270 anı" bədii-sənədli filmin təqdimatı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış aparıcı Lalə Azərtaş, şəhid anaları, qazilər, filmin ideya müəllifi və redaktoru Kərəm Ələsgərov, müəllim, valideyn və şagirdlər iştirak edirdilər. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva xalqımızın qazandığı tarixi Zəfərdən danışaraq qeyd etdi ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Bu zəfərlə biz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Daha sonra Lalə Azərtaş filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında söz açaraq qeyd etdi ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib. Tədbir “Şuşanın 270 anı" bədii-sənədli filminin nümayişi ilə davam etdi. Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında Şuşaya həsr olunan rəqs və mahnılar səsləndirildi. Sonda Səbahət Ağayeva başda Lalə xanım, Zülfüqar müəllim, Kərəm müəllim olmaqla gələn bütün qonaqlara öz dərin təşəkkürünü bildirdi və hər kəslə xatirə şəkilləri çəkildi.

\