Şuşa +9 °C  
Arazın göz yaşları Araza qovuşdu - VİDEO

Arazın göz yaşları Araza qovuşdu - VİDEO

Bu gün Cənubi Azərbaycanın Sulduz şəhərində doğulan ozan Araz Elsəs aparıcı Lalə Azərtaşla birlikdə Xəzər TV-nin dəstəyi ilə Xudafərin körpüsünə gedib.

Ozan Xudafərin körpüsündə Azərbaycan bayrağını görən zaman göz yaşlarına hakim ola bilməyib. O, diz üstə çökərək bayrağın dirəyini qucaqlayıb və göz yaşı töküb.

Araz Elsəs daha sonra Araz çayının suyu ilə üzünü yuyub. 

Həmin görüntüləri təqdim edirik: