Şuşa +7 °C  
"Şuşanın 270 anı" Saray məktəbində

"Şuşanın 270 anı" Saray məktəbində

Prezident  İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq Abşeron rayonu A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə də silsilə tədbirlər həyata keçirilib.

Bu tədbirlərin yekunu olaraq Şuşanın 270 illiyinə həsr olunan “Cəmiyyətin və Medianın inkişafı“ İctimai Birliyinin məhsulu olan “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub. Məktəbin direktoru Səkinə Abbasova bu günün önəmini vurğulayaraq Azərbaycanın göz bəbəyi sayılan Şuşanın tanıdılmasının vacibliyini diqqətə çatdırıb.

“Cəmiyyətin və Medianın inkişafı“ İctimai Birliyinin sədri, teleaparacı film haqqında məlumat verib. O qeyd edib ki, Şuşanın azadlığını şəhidlərimizin tökülən qanına, Ali Baş komandanımızın möhkəm qətiyyətinə və Azərbaycan xalqının biriyinə, güclü mənəviyatına borcluyuq.

Bu üçlük olmasa idi, Şuşa, 30 il ərzində işğal altında olan torpaqlarımız  çətinki ki, öz azadlığına qovuşardı. Cəmi 19 dəqiqəyə sığışdırılan film böyük tarıx, zəngin mədəniyyət, unudulmaz qəhrəmanlıq müəllim və şagird kollektivi tərəfindən göz yaşları içərisində seyr edilib.

Qeyd edək ki, “Şuşanın 270 anı" bədii-sənədli filmiQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində çəkilib.