Şuşa +5 °C  
KƏLBƏCƏRİN ƏN UCQAR HİSSƏSİNƏ İŞIQ ÇƏKİLİR - VİDEO

KƏLBƏCƏRİN ƏN UCQAR HİSSƏSİNƏ İŞIQ ÇƏKİLİR - VİDEO

Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC Kəlbəcərdə çətin relyefə, şaxtalı hava şəraitinə baxmayaraq, fasiləsiz iş aparır. Rayon ərazisində hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib və genişmiqyaslı işlər bu gün də aparılır. Sovet dövründə belə, elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələr qurulur. Kəlbəcər rayonunun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir. İşlər çərçivəsində 23 km-dan artıq 35 kV-luq “İstisu-Alagöllər” birdövrəli kabel xətti çəkilib. 12 km-dan çox 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 km-dan artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir. Bununla bağlı qurumun mətbuat xidməti süjet hazırlayıb.