Havanın soyuq, yolların qarlı olmasına baxmayaraq Bakı məktəblərində davamiyyət qənaətbəxş olub. 193 saylı məktəbdə də dərsə gələn şagirdlərin sayı gözləniləndən çox olub. Bu barədə məktəbin direktoru https://loveshusha.com/ saytına açıqlamasında Nihal Hacıyeva bildirib. Təbii ki belə havada məktəblilərin fikri qartopu oynamaqda qalır. Bunu nəzərə alaraq məktəb rəhbərliyi maraqlı addım atıb. 9-11 –ci siniflərdə təhsil alan şagirdlər üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı" bədii-sənədli filmi nümayiş etdirilib. Şagirdlər filmi izlədikdən sonra təmiz havada qartopu oynayıblar.
Dumanlı Şuşa