Şuşa +8 °C  
Sülhməramlılara məxsus daha iki avtomobil aksiya ərazisindən sərbəst keçib

Sülhməramlılara məxsus daha iki avtomobil aksiya ərazisindən sərbəst keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçidi təmin edilir.Bu dəqiqələrdə sülhməramlılara aid iki minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.