Şuşa +8 °C  
Əlilliyi olan hərbçilər futbol meydançasında VİDEO

Əlilliyi olan hərbçilər futbol meydançasında VİDEO

Şanlı Zəfərimizin qəhrəmanları olan, müharibədə əzalarını itirmiş qəhrəman hərbçilərimiz Prezident İlham Əliyevin göstərişi əsasında qısa müddətdə yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  bildiriblər ki, həmin protezlər aktivliyi və funksionallığı ilə onların sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta futbol oynaya bilməsinə belə imkan verir.

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində yaralanaraq əlil olmuş 379 hərbçinin ən müasir protezlərlə təmin edildiyini bildirərək deyib: “Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibədə yaralanaraq əzalarını itirmiş, lakin ən müasir protezlərlə təmin edilərək yenidən fəal həyata davam edən igid hərbçilərimizin iştirakı ilə bir müddət əvvəl keçirilən futbol yarışındanvideoçarx hazırlayıb.