Şuşa +12 °C  
"Şuşanın 270 anı" 27 nömrəli məktəbdə….

"Şuşanın 270 anı" 27 nömrəli məktəbdə….

"Şuşanın 270 anı" bədii-sənədli filminin təqdimatı paytaxt məktəblərində davam edir. Film bu dəfə 27 nömrəli tam orta məktəbin şagirdləri üçün nümayiş olunub. Məktəbin direktoru Könül Həsənova  xalqımızın qazandığı tarixi Zəfərdən danışıb. Bildirib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Bu zəfərlə biz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi.Sonra film təqdim edilib.Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.