Azad edilmiş ərazilərdəki yataqların qanunsuz
istimarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanıb.Geoloji
Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki,
""Söyüdlü" qızıl yatağında 112,5 ton resurs olub: "Həmçinin
"Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis,
"Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında
13,7 ton qızıl olub. Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər
haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama
mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən
beynəlxalq təşkilatlara müraciət hazırlanıb".