Azərbaycan
ərazilərinin işğalı dövründə "Söyüdlü", "Vejnəli",
"Dəmirli" və "Qızılbulaq" yataqlarının qanunsuz istismarı
ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sözügedən şirkətlər aşağıdakılardır:
"Kanadanın "Sterlite Gold" LTD və
"First Dynesty Mines";
İsveçrənin "Base Metals", "Vallex
Group";
İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu
Ermənistanın "Armenian Copper Programme";
ABŞ-nin "Global Gold";
Hindistanın "Vedanta Resourcess" şirkəti.
Qeyd edək ki, Geoloji Kəşfiyyat Agentliyinin İdarə
Heyətinin sədri Əli Əliyev jurnalistlərə bildirib ki, azad edilmiş ərazilərdəki
yataqların qanunsuz istimarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət
hazırlanıb.
Dumanlı Şuşa