Şuşa +10 °C  
60-dan çox Rusiya vətəndaşı Xankəndi yolundan maneəsiz keçdi

60-dan çox Rusiya vətəndaşı Xankəndi yolundan maneəsiz keçdi

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərini 60-dan çox Rusiya vətəndaşı tərk edib.

Belə ki, yanvarın 17-də Rusiya sülhməramlılarının iştirakı ilə onların vətənlərinə qayıtması təşkil edilib.

Rusiya vətəndaşları sülhməramlıların müşayiəti altında Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların aksiya təşkil etdiyi ərazidən maneəsiz keçiblər.