Şuşa +11 °C  
“Şuşanın 270 anı” bədii-sənədli filmi Bakı Fransız Liseyində

“Şuşanın 270 anı” bədii-sənədli filmi Bakı Fransız Liseyində

“Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin (İB) “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı” bədii-sənədli filmi Bakı Fransız Liseyində nümayiş olunub. BFL-in direktoru Rişar Barbe bildirib ki, filmdə real tarixi hadisə, görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb. “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında söz açaraq layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində hazırlanan https://loveshusha.com  adlı sayt haqqında da məlumat verib.Qeyd edək ki, film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.