Müdafiə nazirinin birinci müavini –
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və
nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində
yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.
MN-dən verilən məlumata
görə, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə
bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və
qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.
General-polkovnik Kərim Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.