Şuşa +6 °C  
Azərbaycan XİN rəhbəri: Ermənistanla danışıqlara hazırıq

Azərbaycan XİN rəhbəri: Ermənistanla danışıqlara hazırıq

“Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edib. Ən qısa zamanda istənilən növbəti görüşün keçirilməsi və sülh müqaviləsi üzrə növbəti danışıqları davam etməyə hazır olduğumuzu bildirmişik”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, məsələ qarşı tərəfin üzərindədir: “Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır. Ermənistan bunu başa düşmürsə, bu onların çox səhv siyasətinin nümayişidir”.