Şuşa +9 °C  
“Şuşanın 270 anı ” filmi Azərbaycan Britaniya Kollecində

“Şuşanın 270 anı ” filmi Azərbaycan Britaniya Kollecində

Azərbaycan Britaniya Kollecində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində “Şuşanın 270 anı" bədii-sənədli filmi nümayiş olunub.Filmin təqdimatı zamanı  tədbir iştirakçıları bütün şəhidləri bir dəqiqəlik sükutla yad etdilər. Təqdimat mərasimində layihə çərçivəsində lentə alınan “Şuşanın 270 anı" bədii-sənədli film haqqında məlumat verilib. Layihə rəhbəri Lalə Azərtaş bildirib ki, film təxminən 50 nəfərlik yaradıcı heyətin səyi ilə ərsəyə gəlib. Film peşəkar komanda tərəfindən ən son texnoloji avadanlıqlarla lentə alınıb. Azərtaş vurğlayıb ki, filmdə Natəvanın uşaqlıq illərini Vətən Müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb.Beynəlxalq Sərgilərin iştirakçısı, I Qarabağ müharibəsinin iştirakçısı Yusif Mirzə Şuşa haqqında öz əsərini Lalə Azərtaşa  hədiyyə etdi.Sonda Lalə Azərtaş  Azərbaycan Britaniya Kollecinin Baş meneceri-Alekper Alekperov, Azərbaycan Britaniya Kollecinin Direktoru Karl Lander dərin minnətdarlığını bildirdi.