Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları
ilə yanaşı onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə
edəcəklər.
Milli Məclisin deputatı Vüqar
Bayramov bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəhid ailəsi
üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat
məbləğində azaldılır.
“Şəhidlərimiz övladları da artıq bu güzəştdən istifadə etmək
hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynlər, həyat
yoldaşları ilə yanaşı övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan
aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvələr bu
güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına
şamil olunurdu.
Yeni dəyişikliklər
şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı hansı yaşda
olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ
yaradır. Bu şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan
istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər
mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək”,
- deyə deputat qeyd edib.
Qeyd edək ki, Azərbaycanda
şəhid ailələrinə aşağıdakı güzəştlər nəzərdə tutulur:
Birdəfəlik sığorta ödənişi -
həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata
keçirilir (1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən);
Prosedur: Sığorta ödənişinin
verilməsi üçün vərəsə (-lər) həlak olmuş hərbi qulluqçunun ölüm haqqında
şəhadətnaməsinin surətini, notariat qaydada təsdiq edilmiş vərəsəlik
şəhadətnaməsini və vərəsə(-lər)nin şəxsiyyət vəsiqəsinin surətini müvafiq
quruma təqdim etməlidir. Sənədlər təqdim edildikdən 10 iş günü ərzində 11000
(on bir min) manat sığorta ödənişi vərəsə(-lər)-nin bank hesabına köçürülür.
Dəfn mərasiminin təşkili üçün
maliyyə yardımı – şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin
təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);
Prosedur: Valideyn (nümayəndə) həlak olma (vəfat etmə) barədə hərbi hissə
(müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmrini Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə təqdim edir,
oradan 3 (üç) iş günü müddətində müvafiq vəsait nağdsız hesablaşma yolu ilə
ödənilir.
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə Azərbaycan Respublikası
Prezidentinin təqaüdü (500 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən);
Prosedur: Şəhid ailəsi
statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə
təyinat aparılaraq ödənişə göndərilir.
Ailə başçısını itirməyə görə
pensiya (aylıq) – şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını
itirməyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən);
Prosedur: – Şəhid zabit,
gizir və müddətdən artıq xidmət edən (MAXE) şəxs olubsa, ailə başçısını
itirməyə görə pensiya hüququ olan ailə üzvlərindən biri şəhidin xidmət keçdiyi
quruma müraciət edir; həmin qurum məlumat vərəqəsini Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə göndərir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
müvafiq bölməsi şəhidin ailə üzvündən pensiya təyin edlməsi üçün digər müvafiq
sənədləri qəbul edib təyinat aparır.
- şəhid əsgərdirsə, ailə
başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri müvafiq sənədlərlə
birbaşa Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə müraciət edir
və təyinat aparılır.
Müavinət (aylıq) – şəhidin
pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 100
manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən);
Prosedur: Şəhidin ölüm
haqqında şəhadətnaməsi onun ailə üzvü tərəfindən Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan müavinət almaq hüququ
olan ailə üzvlərinə müavinət təyin edilərək ödənişə göndərilir.
Mənzil təminatı – 1 yanvar
2020-cü ilədək eyni zamanda 2020-ci ildə yerli icra hakimiyyəti orqanlarında
yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin
mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən aparılır.
Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra
Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər)
İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən onlar növbəlilik əsasında mənzil və ya fərdi
evlə təmin edilirlər.
Psixoloji dəstək - Şəhid
ailəsi üzvlərinə postmüharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra
fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan
istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhid ailəsi üzvlərinin müraciəti əsasında.
Sanatoriya-kurort müalicəsi -
şəhid ailəsi üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz
sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Tibb
müəssisələrinin göndərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
müraciət edilməklə.
Təhsil - şəhid uşaqları
təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən);
Özünüməşğulluğun təşkili:
Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar
cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və
müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər
təqdim edilir;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək
müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun
gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə (MAS), yerli
ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.
Haqqı ödənilən ictimai işlər:
Şəhid ailəsi üzvlərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda
növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək
müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun
gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə (MAS), yerli
ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial iş yerlərində
əməkhaqqının birgə maliyyələşdirilməsi: Şəhid ailəsi üzvlərinin sosial iş
yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda
növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq
üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay
mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada
"Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST
mərkəzlərinə müraciət etməlidir.
Kvotadan əlavə iş yerlərinin
yaradılması: Şəhid ailəsi üzvlərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu
və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi;
Prosedur: Bu dəstəyi almaq
üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay
mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada
"Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST
mərkəzlərinə müraciət etməlidir.
Sosial müəssisələrin və əlavə
iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Şəhid ailəsi üzvləri
də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi
layihələrin həyata keçirilməsi;
Prosedur: Bu dəstəyi almaq
üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay
mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada
"Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST
mərkəzlərinə müracitə etməlidir.
Əlavə - Şəhid ailəsi üzvləri
üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub.