Şuşa +9 °C  
Sülhməramlılara aid avtomobillər aksiya ərazisindən sərbəst keçib

Sülhməramlılara aid avtomobillər aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 40-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara məxsus 12 avtomobilin Laçından Xankəndi istiqamətinə, 1 yük avtomobilinin isə əks istiqamətə sərbəst hərəkəti təmin edilib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.