Laçın-Xankəndi
yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər
üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
Bu dəqiqələrdə Xankəndidən
Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus
beş avtomobil ərazidən maneəsiz keçib.
Aksiya ərazisindən maneəsiz
keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi
iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və
mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 43 gündür davam edir.