Mənzillər çıxarışlı və tam
təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka
krediti ilə də almaq olar
Bu
gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı
yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən
onlayn satışına başlanıb.
Nazirliyin
İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu portal
artıq bir müddət əvvəl vətəndaşların istifadəsinə verilib və qeyd olunan
mənzillərdən almaq istəyən şəxslərə portala daxil olaraq mənzillərlə tanış
olmaq və mənzil seçmək imkanı yaradılıb.
Həmçinin
bir neçə gün əvvəl yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw )
portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası
barədə ətraflı məlumat verilir.
Portalda
almaq istədiyi mənzili seçən hər kəs onu portaldakı “Bron et” düyməsini sıxaraq
bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN
Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal
imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik
olmalıdır).
Mənzili
ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də
həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili
almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə
keçir.
Mənzili
bron etmiş şəxslə nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə
mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi
bağlanacaq.
Mənzillər
tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət
etməklə ipoteka krediti ilə də almaq olar.
Bir
hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Mənzillərin
qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq
müəyyən edilib.
Mənzillərin
portal üzərindən satışı iyulun 1-dək davam edəcək.
Satışdan
əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə
əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Əlavə
məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək olar.
Dumanlı Şuşa