Şuşa +18 °C  
“Şuşa 270 ” nəşri ABŞ - da

“Şuşa 270 ” nəşri ABŞ - da

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində nəşr olunan “Şuşa  270 ” jurnalı Amerikada təqdim ediləcək.  Belə ki, 279 nömrəli tam orta məktəbin 11a sinif şagirdi Qəndab Məmmədova ABŞ ın-Copernicus Olympiadın təşkil etdiyi yarışın final mərhələsində iştirak etmək üçün ABŞ-a yola düşüb. Olimpiadadan bir gün əvvəl ölkələrin mədəniyyət günü keçiriləcək. Hər bir finalçı mədəniyyət günündə ölkə rəmzlərini nümayiş etdirəcək. Qəndab Məmmədova tərəfindən  "Dəmir yumruq" , "Xarıbülbül" maketləri, "Kələğayı", Şuşaya aid  "Şuşa 270" jurnalı  və digər kitablar, Bayraq, Xarıbülbül döş nişanları və buta formalı qabda milli şirniyyatlarımız nümayiş olunacaq. Qeyd edək ki, 11-ci sinif şagirdi fizika - astronomiya fənləri üzrə yerli və beynəlxalq olimpiyadalarda uğurla çıxış edib. O, RFO-da iki dəfə gümüş medal qazanıb. 2022-ci ildə "Şuşa ilı"nə həsr olunmuş respublika olimpiadasının qalibi olaraq qızıl medala layiq görülüb. 2022-ci il, Texas, Hyuston universitetlərinin təşkil etdiyi beynəlxalq olimpiadalarda da qızıl medal qazanıb. Qeyd edək ki, azərbaycan, ingilis, və rus dillərində , yüksək keyfiyyətlə çap olunan “Şuşa 270” adlı jurnalda  Şuşa sakinləri üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq şəhərdən çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapıb.  Jurnalda çap olunan  materiallar  həmçinin  layihə çərçivəsində  yaradılan, azərbaycan, rus və ingilis dilərində  fəaliyyət göstərən  loveshusha.com  saytına da yerləşdirilib.