Şuşa +11 °C  
DSX həqiqi hərbi xidmətə qəbul elan edib

DSX həqiqi hərbi xidmətə qəbul elan edib

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.Burada həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Qurumun bununla bağlı məlumatında qeyd edilib ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

• 30 yaşı keçməməli;

• Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşmaları xahiş olunur.