Şuşa +8 °C  
ORTA MƏKTƏBDƏN NÜMUNƏVİ ADDIM

ORTA MƏKTƏBDƏN NÜMUNƏVİ ADDIM

Bakıda 193 saylı tam orta məktəbdə  hərbi-vətənpərvərlik mövzusu daim gündəmdə saxlanılır. Məktəbdə  şagirdlərin  təkcə dərslər deyil,  başqa praktiki vasitələrlə  də  bu  mövzuda  təlim-tərbiyə alması əsas prioritetlərdəndir.   Belə ki, məktəbin bəzi guşələrində  şagirdlərin düzəltdiyi  poçt qutuları qoyulub.  Şagirdlərə bu qutular vasitəsilə Vətənin  keşiyində  dayanan  əsgərə  məktib göndərmək imkanı yaradılıb.  Şagirdlər  əsgərlərə öz ürək sözlərini yazır, onlarla qürur duyduqlarını bildirirlər. Bu günlərdə məktəbdə çalışan əsgər anası  Əliyeva Ağabacı Əfqan qızı da Laçında hərbi xidmətdə olan  oğluna məktub göndərib. Məktəb rəhbərliyi artıq bu məktubun ünvana çatması üçün lazım olan tədbirləri görüb.