Müdafiə naziri general-polkovnik Zakir
Həsənovun tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və
Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən qoşunlarda, xüsusilə
işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən
hərbi qulluqçularla görüşlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən
məlumat verilib.
Görüşlərdə hərbi qulluqçuların
mənəvi-psixoloji vəziyyəti və sosial qayğıları öyrənilib, onları maraqlandıran
suallar cavablandırılıb.
Şəxsi heyətə Beynəlxalq Humanitar Hüququn
normaları və informasiya təhlükəsizliyi, eləcə də hərbi intizamın
möhkəmləndirilməsinə dair lazımi tövsiyələr verilib.
Bundan başqa, “Heydər Əliyev İli”
çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət
xadimi Heydər Əliyev irsindən danışılıb.
Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən bu ali etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.