“Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinin şəhər
mərhələsinin nəticələri bəlli olub.Belə ki, 281 nömrəli tam orta
məktəbin şagirdi Tahir Tağıyev, 27 nömrəli tam orta məktəbin şagirdi Rza
Qasımov və 62 nömrəli məktəb-liseyin şagirdi Əli Zeynalov I yer, 128 nömrəli
tam orta məktəbin şagirdi Rəcəb Rəcəbov, 149 nömrəli tam orta məktəbin şagirdi
Fərid Həsənov və 72 nömrəli məktəb-liseyin şagirdi Leyla Xəlilova II yer, 3
nömrəli tam orta məktəbin şagirdi Leyla Məlikova, 83 nömrəli məktəb-liseyin
şagirdi Fuad Atayev, 110 nömrəli tam orta məktəbin şagirdi Səidə Rzayeva isə
III yeri tutublar.47 nömrəli tam orta məktəbin şagirdləri
Səlimxan Səlimli və Nəzrin Rzayeva, 220 nömrəli məktəb-liseyin şagirdi Fatimə
Hüseynova, 67 nömrəli tam orta məktəbin şagirdi Günay Rzayeva və 75 nömrəli tam
orta məktəbin şagirdi Asiman Novruzadə həvəsləndirici yerə layiq görülüblər.Qaliblərə
BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.Qeyd edək ki, 115,
306, 258, 42, 321, 155, 169, 170, 49, 163, 29, 260, 156, 234, 262 və 20 nömrəli
təhsil müəssisələrinin şagirdləri isə müxtəlif nomiasiyalar
üzrə “Təşəkkürnamə” ilə təltif olunacaqlar. Onu da qeyd
edək ki, VIII-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin
keçirilməsinin əsas məqsədi məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə
olunması, onların Azərbaycan Ordusunun şanlı qələbəsi və işğaldan azad olunmuş
ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, şagirdlərdə
araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.