Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus
reyslərinə fevral ayına olan biletlər 26 yanvar 2023-cü il saat 15:00-da satışa
çıxarılacaq.
Nazirlikdən verilən məlumata görə,
sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri
www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları
sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə
eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə
ötürülməsi mümkün deyil.:14
Qeyd edək ki, işğaldan azad olunmuş
ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə
verilib. Bu günə qədər ümumilikdə 506 reys həyata keçirilib.