Diasporla İş üzrə Dövlət Komitəsi Heydər
Əliyev ili çərçivəsində “Heydər Əliyev - 100” videolayihəsinə start verib.
Dövlət Komitəsindən bildirilib ki, layihə
çərçivəsində görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlıları ilə
görüşləri, xaricdə yaşayan soydaşlarımıza Ümummilli liderin çağırış və
tövsiyyələri, tarixi şəxsiyyətlərə qayğısı, Güney Azərbaycan mövzusunda
çıxışları və s. yer alacaq.
Ulu öndərin xarici səfərləri zamanı
görüşdüyü Azərbaycan icmalarının üzvlərinin ilk dəfə dilə gətirəcəkləri maraqlı
xatirələri də videoformatda təqdim olunacaq. Artıq videoçarxların istehsalına
başlanılıb. Layihənin çəkilişləri həm Azərbaycanda, həm də müxtəlif xarici
ölkələrdə aparılır.
“Heydər Əliyev - 100” videolayihəsi diaspor
üzvləri arasında böyük marağa səbəb olub.