Türkiyə
Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının
iştirakı ilə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təlimi davam edir.
Müdafiə Nazirliyindən verilən
məlumata görə, Azərbaycan ilə yanaşı təlimdə iştirak edən digər 17 ölkənin
hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar
üzrə tapşırıqları yerinə yetirirlər.
Beynəlxalq təlimdə əsas diqqət
qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə,
təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya
qəbul edilmiş müasir silah və texnikadan effektiv istifadə etmə üzrə
bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edilib ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil edirlər.
Dumanlı Şuşa