Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat
8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı
terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin
rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.
İran İslam
Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə
qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası
vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər
etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə
olunur.
Hal-hazırda İran
İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və
təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
İran İslam
Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə
əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz,
Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413)
333 48 03
FAKS: (+98413)
331 53 80
E-MAIL: [email protected]
WEBSITE: tabriz.mfa.gov.az