“Vətən
müharibəsi bitəndən indiyədək 282 insan mina qurbanı olub”.Bunu Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar
Süleymanov jurnalistlərə açıqlamasında deyib.
ANAMA sədrinin sözlərinə görə, minaya düşən
şəxslərdən 46-sı həlak olub. Daha 236 nəfər isə xəsarət alıb.”2021-2022-ci
illər ərzində ümumilikdə 63 min ha-dan çox ərazi mina və partlamamış hərbi
sursatlardan təmizlənib".Həmin müddətdə bir çox strateji layihələr başa
çatdırılıb: “2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı
işlərin icrası başa çatdırılıb. Ötən il ərzində çox mühüm layihə olan
Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin, o cümlədən Horadiz-Ağbənd
avtomobil yolunun təmizlənməsi başa çatdırılıb. Bizim fəaliyyətimiz işğaldan
azad olunan ərazilərdə icra olunan layihələri müşayiət etməkdən ibarətdir. Hər
ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunacaq layihələr və ərazilər
təsdiq olunur. Biz də buna uyğun olaraq təmizləmə əməliyyatlarını həyata
keçiririk”.