Türkiyə və Azərbaycanın zirehli bölmələri
Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr
imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət
həyata keçirib.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sonra hər iki ölkənin tank
diviziyası və mexanikləşdirilmiş piyada diviziyasının iştirakı ilə hücum
tapşırığı yerinə yetirilib.
Məlumata görə, təlimlər zamnaı müxtəlif növ
mərmilərdən istifadə olunub.
Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.