İsveçrənin Sankt Moritz şəhərində qarüstü
polo üzrə 38-ci Dünya Kubokunu qazanmış “Land of Fire” komandası Vətənə
qayıdıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata
görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunmuş qarşılanma
mərasimində Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri, idman
ictimaiyyəti, media nümayəndələri və idmançıların yaxınları iştirak ediblər.
Tədbirdə “Land of Fire” polo komandasının
kapitanı Elçin Camallı və komandanın üzvü Tərlan Qurbanəliyev jurnalistlərin
suallarını cavablandırarkən əldə edilmiş qələbəni İran İslam Respublikasında
səfirliyimizə qarşı törədilmiş xain terror aktının qarşısını alarkən
qəhrəmancasına şəhid olmuş baş leytenant Əsgərov Orxan Rizvan oğlunun əziz
xatirəsinə və bütün şəhidlərimizə həsr etdiklərini vurğulayıblar.
Qeyd edək ki, yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi turnirdə ölkəni Heydər Əliyev Fondu və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə layiqincə təmsil edən “Land of Fire” komandası keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub edib və növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə Dünya Kubokunun sahibi olub.
Dumanlı Şuşa