Şuşa +8 °C  
Zakir Həsənov Türkiyəyə səfər edəcək

Zakir Həsənov Türkiyəyə səfər edəcək

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.Nazir türkiyəli həmkarı Hulusi Akarla birlikdə Türkiyənin Qars əyalətində keçirilən “Qış-2023” hərbi təlimlərini izləyəcək.

Qeyd edək ki, yanvarın 18-dən başlayan “Qış-2023” hərbi təlimlərində Azərbaycandan və digər 16 ölkədən hərbçilər iştirak edir. Fevralın 2-i təlimlərin son və əsas günüdür.