Qoşulmama Hərəkatında 120 ölkə arasından
İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub.Bu barədə Xarici
İşlər Nazirliyi İranın Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Azərbaycanın səfirliyinə
terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olması barədə məlumatında
bildirilib.
Qeyd olunub ki, bu üç ölkə sözügedən
sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər
Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və
bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq
platformalara gətirilmədiyi olub.
"Halbuki,
Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror
hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra
sənədlər qəbul edib", - deyə nazirliyin məlumatında qeyd olunub.