Elm və Təhsil Nazirliyi nəzdində Dövlət
Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet
ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda
təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata
keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb
olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq
keçidlərdən əldə oluna bilər.
Proqrama
müraciət 1 fevral -
1 aprel 2023-cü il tarixlərini əhatə edəcək. Hər hansı əlavə sual
yarandığı zaman FAQ/MVS və
ya [email protected] mail
ünvanına müraciət oluna bilər.