Fevralın 1-də Azərbaycanın müdafiə naziri
general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın
təşəbbüsü ilə telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən
məlumat verilib.
Azərbaycan-İsrail əlaqələrinin dostluq və
qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında
mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.General-polkovnik Z.Həsənov
Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik
edərək ölkələrimiz arasında hərbi sahədə
əməkdaşlığın genişlənəcəyinə əminliyini
bildirib.
Danışıq zamanı tərəflər baş verən terror
hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də
ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə
ediblər.
Dumanlı Şuşa